Məşhur bloqer ölü tapıldı

10-12-2022, 10:58           
Məşhur bloqer ölü tapıldı
Gözəllik sahəsində fəaliyyət göstərən məşhur bloqer Maya Yaneska Yohannesburqda öz evində ölü tapılıb.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı “The New York Post” yayıb.
Hadisə yerinə gələn polis Maya Mia adı ilə tanınan bloqer və vizajisti yatağında başından güllə yarası almış halda aşkar edib. Silah bloqerin yanında yataqda olub.
İnstaqram sosial şəbəkəsində 1,2 milyon izləyicisi olan bloqerin sevgilisi atəş səsi eşitdikdə hamam otağında olduğunu bildirib.
İstintaq tədbirləri çərçivəsində silahın kimə məxsus olduğu açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru