DİN və DSX-dan birgə əməliyyat – Narkotacir İran vətəndaşları saxlanıldı

10-12-2022, 11:52           
DİN və DSX-dan birgə əməliyyat – Narkotacir İran vətəndaşları saxlanıldı
Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti (DİN) əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-u gecə saat 22 radələrində İran İslam Respublikasının Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılıblar.

Bu barədə Teref.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru