Gəncədə kütləvi dava borc üstündə olubmuş — TƏFƏRRÜAT
11-12-2022, 23:04
Gəncədə kütləvi dava zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində kütləvi dava zamanı "5 açılan" silahdan açılan atəş nəticəsində 1980-ci il təvəllüdlü Bayramov Əli ölüb. Daha iki nəfər - Bayramov Kamal (1986) və Niyazi Bayramov (1994) bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Hadisənin tərəflər arasında olan borc pul üstdə baş veridyi deyilir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.