Ermənistanda nazir və baş nazirin müavini vəzifəsindən azad edildi

13-12-2022, 09:44           
Ermənistanda nazir və baş nazirin müavini vəzifəsindən azad edildi
Ermənistan baş nazirinin müavini Ambartsum Matevosyan vəzifəsindən azad edilib. Müvafiq sərəncamı bazar ertəsi ölkə prezidenti Vaaqn Xaçaturyan imzalayıb.

“Baş nazirin təklifinə əsasan, Ermənistan Konstitusiyasının müvafiq maddəsinə, habelə “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna uyğun olaraq, Ambartsum Matevosyan baş nazirin müavini vəzifəsindən azad edilsin”, - prezident fərmanında qeyd olunub.

Bundan əlavə təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan da istefa verib. Onun müavini Janna Andreasyan isə hökumət başçısının qərarı ilə vəzifəsindən azad edilib. (Mənbə: TASS)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru