Rusiyada daha bir zavod yandı 13-12-2022, 11:05 Dekabrın 13-də Rusiyanın Sankt-Peterburq şəhərindəki Zvezda maşınqayırma zavodunun ərazisində yanğın baş verib."Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin şəhər üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.Yanğının söndürülməsinə 7 texnika və 35 canlı qüvvə cəlb olunub.İdarədən verilən məlumata görə, hələ ki, zərərçəkənlər barədə məlumat daxil olmayıb. Facebook-da paylaş