Üç övladını öldürüb, intihar etdi

14-12-2022, 10:30           
Üç övladını öldürüb, intihar etdi
Qazaxıstanda bir kişi əvvəlcə 3 uşağını, sonra isə özünü öldürüb.

Publika.az xəbər verir ki, Manqistau vilayətində baş vermiş faciə ilə bağlı respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti öz "Telegram" kanalında məlumat yayıb.

Bildirilir ki, dekabrın 11-də axşam saatlarında Münayli rayon polis şöbəsinə dörd cəsədin tapılması ilə bağlı zəng daxil olub. Hadisə yerinə gedən əməliyyat qrupu ölənlərin bir ailənin üzvləri - 38 yaşlı ata, həmçinin 8, 4 yaş və 10 aylıq uşaqlar olduğunu müəyyən edib.

Əlavə müayinələr göstərib ki, kişi əvvəlcə uşaqları öldürüb, sonra isə intihar edib.

Yoxlama zamanı o da məlum olub ki, faciə ailədəki münaqişə zəminində baş verib. Deyilənə görə, valideynlər boşanmağa hazırlaşırmışlar.

Kişinin həyat yoldaşına “öləcəyini və uşaqları özü ilə aparacağını” etiraf etdiyi səs yazısı da tapılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru