Pulla xaricdə sığnacaq almanı təşkil etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

17-12-2022, 11:25           
Pulla xaricdə sığnacaq almanı təşkil etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayır
Azərbaycan vətəndaşlarına qarşı pulla xaricdə sığnacaq almaq adı altında dələduzluq etməkdə təqsirləndirilən Xanəli Əziz və Zakir Əmirovun məhkəməsi başlayır.

"Report" xəbər verir ki, onların cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Siyavuş Hacıyevin icraatına verilib.

Qeyd edək ki, X.Əziz və Z.Əmirov bir neçə Azərbaycan vətəndaşına Kanada, ABŞ və Avropa ölkələrində siyasi sığınacaq almağa kömək edəcəkləri vədini veriblər və bunun müqabilində külli miqdarda pul alıblar. Lakin onlar vədlərini yerinə yetirməyiblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru