Ailə Sağlamlıq Mərkəzinin Baş həkimi qəzaya düşdü

21-12-2022, 09:05           
Ailə Sağlamlıq Mərkəzinin Baş həkimi qəzaya düşdü
Oğuzda Ailə Sağlamlıq Mərkəzinin Baş həkimi qəzaya düşüb.

Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Oğuz rayonu Xaçmaz kənd ərazisində baş verib.

1989-cu il təvəllüdlü Oğuz şəhər sakini Murad Səftər oğlu Sərkərov “Opel Vectra” markalı avtomobillə hərərəkdə olarkən idarəetməni itirib.

Bu zaman avtomobil aşıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Sərkərov əvvəlcə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Yaralıya Oğuz RMX-da ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Qəbələ RMX-a göndərilib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən M. Sərkərov Oğuz RMX-nın Xaçmaz kənd Ailə Sağlamlıq Mərkəzinin baş həkimidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru