Xameneini Səddamın aqibəti gözləyir - İranlı aktyor

22-12-2022, 10:46           
Xameneini Səddamın aqibəti gözləyir - İranlı aktyor
Əli Xameneinin sonu İraqın keçmiş prezidenti Səddam Hüseynin taleyinə oxşayacaq.

Axar.az xəbər verir ki, bunu İran kinosunun tanınmış simalarından olan Fəriborz Ərəbniya İnstaqram hesabında yazıb.

O, Səddam Hüseynin həbsxanadakı fotosunu paylaşaraq Xameneiyə xəbərdarlıq edib:

“Mən doğru olanı dedim. İstəyirsən bundan nəticə çıxar, istəyirsən narahat ol”.

Qeyd edək ki, bundan öncə İranın tanınmış aktyoru Həmid Fərruxnejad oxşar paylaşım edərək İran rəhbərini diktator, bəsit və yarıtmaz adlandırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru