Avropa Komissiyasının binası qarşısında atəş açan belçikalı hərbçilər saxlanıldı

24-12-2022, 08:18           
Avropa Komissiyasının binası qarşısında atəş açan belçikalı hərbçilər saxlanıldı
Belçika Hərbi Hava Qüvvələrinin iki əməkdaşı Brüsselin Avropa məhəlləsinin mərkəzində həbs edilib.

Hadisə yerində olan şahidlərin dediyinə görə, həbs Avropa Komissiyasının mənzil-qərargahının qarşısında, Arximed küçəsində, Brüssel rəsmilərinin sevimli məkanı sayılan “Berlaymont” kafesinin yaxınlığındakı mənzildə baş verib.

“Bu iki şəxs əvvəlcə saxlanılıb, polis xidmətləri tərəfindən dindirilib və dindirildikdən sonra sərbəst buraxılıb”, - Brüssel prokurorluğunun sözçüsü bildirib.

Məlumata görə, sakinlər açıq pəncərədən təsadüfən iki nəfərin odlu silahla atəş açdığını görüb və polisə müraciət ediblər.

Hadisə yerinə gələn polis pnevmatik silah və 200-dən çox patron aşkar edib.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru