Moskvanın qərbində qaz balonları ilə dolu anqar yanıb

24-12-2022, 09:15           
Moskvanın qərbində qaz balonları ilə dolu anqar yanıb
Moskvada Ümumrusiya Yüngül ərintilər İnstitutunun ərazisində anqar yanıb.

Bu barədə dekabrın 23-də Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilərin olduğu briqadalar gəlib.

İlkin məlumata görə, yanğın sahəsi 400 kvadratmetrə yaxındır.

Ölənlər barədə məlumat yoxdur.

Bildirilir ki, anqarda 400, çöldə isə 800 qaz balonu saxlanılır. Onların partlamağa başladığı qeyd edilir.

Mənbə: iz.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru