Goranboyda "TIR" "KamAZ"a çırpıldı - Xeyli kömür yola dağıldı

26-12-2022, 08:06           
Goranboyda "TIR" "KamAZ"a çırpıldı -
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistralının Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan “TIR” markalı yük maşını ötmə əməliyyatı edən zaman digər qoşqulu yük maşını olan “KamAZ”a çırpılıb.

Qəzadan sonra “TIR”ın yük yerində olan kömür yola dağılıb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır./apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru