Azərbaycanda məşhur general işdən çıxarıldı - Belə deyirlər...

27-12-2022, 11:08           
Azərbaycanda məşhur general işdən çıxarıldı - Belə deyirlər...
Azərbaycanda məşhur general işdən çıxarıldı
"Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri haqda xəbər yayılıb.

TEREF.AZ Globalinfo.az-a istinadən xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri general-leytenant Niyaməddin Tağıyev tutduğu vəzifəsindən çıxarılıb.

N.Tağıyev paralel olaraq Dövlət Sərhəd Xidməti rəisinin müavinidir. Onun Bakıya çağırıldığı deyilir.

Başqa məlumata görə, Niyaməddin Tağıyevin yerinə artıq təyinat olub. Bakıdan göndərilən polkovnik Bəhmən Babayevin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsinə təsdiqləndiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru