Bakıda qayınata kürəkənini baltaladı

30-12-2022, 09:14           
Bakıda qayınata kürəkənini baltaladı
Bakının Xəzər rayonunda gənc oğlan balta xəsarətləri alıb.

APA xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.

Belə ki, Beynəlxalq hava limanının parklama yerində 1998-ci il təvəllüdlü Ağayev Nicat Fəxrəddin oğlu qayınatası ilə mübahisəsi zamanı ağır xəsarət alıb.

Qayınatası ona bir neçə balta zərbəsi endirib. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır olaraq qiymətləndirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.