Bakıda köşkə basqın edilib, satıcı bıçaqlanıb

30-12-2022, 12:39           
Bakıda köşkə basqın edilib, satıcı bıçaqlanıb
"Report"un əldə etdiyi məlumata görə, hadisə dekabrın 29-u, saat 03 radələrində Ysamal rayonu, Ş.Qurbanov küçəsində qeydə alınıb.

Belə ki, Yahyayev Seymur Vidadi oğlunun satıcı işlədiyi köşkə naməlum şəxs yaxınlaşaraq içəri daxil olub. Həmin şəxs satıcının üz nahiyəsinə yumruq zərbəsi və sağ bud hissəsinə 1 bıçaq zərbəsi vuraraq kassada olan 1805 manat pulu götürüb uzaqlaşıb.

S.Yahyayev hadisədən sonra Kliniki Tibbi Mərkəzə müraciət edib, ambulator müalicə edildikdən sonra evə buraxılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.