Bakıda polis zabiti qəfil vəfat etdi

31-12-2022, 15:47           
Bakıda polis zabiti qəfil vəfat etdi
Bakıda polis zabiti qəfil ürəktutmasından vəfat edib.

Teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Biləcəri qəsəbəsində baş verib. Belə ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşı Fuad Abbasovun evdə olarkən qəfil halı pisləşib. O, ani infarkt keçirərək dünyasını dəyişib.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiq ediblər.

Qeyd edək ki, Fuad Abbasov rütbəcə polis kapitanı olun. O, Qaradağ RPİ-də baş inspektor vəzifəsində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru