Britaniyalı il ərzində 365 dəfə marafon qaçışına qatılıb - FOTO
1-01-2023, 11:55
Britaniyalı Hari Makki 2022-ci ildə xərçəng xeyriyyə təşkilatlarına 1 milyon funt sterlinq toplamaq üçün hər gün marafonda qaçıb. 31 dekabr 2022-ci ildə o, ilin son qaçışında, sayca 365-ci yarışda iştirak edib.
53 yaşlı Hari üç uşaq atasıdır. Onun iştirakı ilə toplanan vəsait Makmillan Xərçəng Dəstəyi və “West Cumbria Hospice at Home” xeyriyyə təşkilatları arasında paylaşılacaq. Bu günə qədər Hari bu iki xeyriyyə təşkilatı üçün 600 min funt sterlinqdən çox pul toplayıb.
Qeyd edək ki, Makki il ərzində 15300 km qaçaraq 20 cüt idman ayaqqabısını yırtıb.