ABŞ-da binanın karkasının çökməsi 3 nəfərin ölümünə səbəb olub

3-01-2023, 09:04           
ABŞ-da binanın karkasının çökməsi 3 nəfərin ölümünə səbəb olub
ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərində tikinti meydançasında binanın karkasının uçması nəticəsində azı 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə şəhərin yanğınsöndürmə idarəsi özünün “Twitter“ səhifəsində məlumat yayıb.

Məlumatda xəsarət alanlardan ikisinin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hazırda yanğınsöndürənlər binada işləyir. Hadisənin səbəbi məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru