Fotosessiyadan sonra sevgilisini 33 bıçaq zərbəsi ilə öldürdü

3-01-2023, 17:58           
Fotosessiyadan sonra sevgilisini 33 bıçaq zərbəsi ilə öldürdü
Rusiyanın paytaxtı Moskvada kişi fotosessiyaya getdikdən sonra sevgilisini öldürüb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Moskvada 34 yaşlı sevgilisini qətlə yetirən 33 yaşlı kişi saxlanılıb.

Faciə yanvarın 3-də Polina Osipenko küçəsində yerləşən yaşayış binasının mənzilində baş verib. Müstəntiqlər mərhumun bədənində ən azı 30 bıçaq yarası aşkar ediblər.

Məlumata görə, cütlük bir neçə günə Voloqdadan paytaxta gəlib. Onlar bayram fotosessiyasından sonra kirayə yaşadıqları qayıdıblar. Qonşuların dediyinə görə, qışqırıq və kömək yalvarışlarını eşidəndən sonra polisə müraciət ediblər.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (“Qətl”) ilə cinayət işi başlanıb. Yaxın vaxtlarda istintaq şübhəlinin həbsi üçün məhkəməyə müraciət etməyi planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru