Bakıda tanışı ilə mübahisə edən şəxs bıçaqlandı

4-01-2023, 09:17           
Bakıda tanışı ilə mübahisə edən şəxs bıçaqlandı
Paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, Binəqədi qəsəbəsində 1970-ci il təvəllüdlü Hüseynov Eldəniz Oruc oğlu tanışı ilə münaqişə zəmnində bıçaqlanıb.

O, müxtəlif dərəcəli ağır bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Onun saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru