Naftalanda sanatoriya sahibi özünü GÜLLƏLƏDİ - TƏFƏRRÜAT

4-01-2023, 18:36           
Naftalanda sanatoriya sahibi özünü GÜLLƏLƏDİ - TƏFƏRRÜAT
Naftalanda intihar hadisəsi olub.

TEREF.AZ xəbər verir ki, 63 yaşlı Firuz Qocayev odlu silahla özünü güllələyərək öldürüb. Məlumata görə, o, rayon ərazisindəki sanatoriyalardan birinin sahibi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Naftalan şəhər Polis Şöbəsinə şəhər sakini, 63 yaşlı Firuz Qocayevin odlu silahdan atəş açılması nəticəsində ölməsi barədə məlumat daxil olub:

"Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin məlumata görə F. Qocayev ov tüfəngi ilə intihar edib.

Fakla bağlı Naftalan şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru