İmişlidə kişi ov zamanı ehtiyatsızlıqdan özünü güllələyib

6-01-2023, 08:56           
İmişlidə kişi ov zamanı ehtiyatsızlıqdan özünü güllələyib
İmişli rayonunda 42 yaşlı kişi ov zamanı ehtiyatsızlıqdan özünə güllə xəsarəti yetirib.
"Report"un məlumatına görə, ov zamanı 1981-ci il təvəllüdlü Əsədov Babək Bəhram oğlunun tüfəngindən açılan atəş onun ayağını yaralayıb.

Yaralı ağır vəziyyətdə paytaxtda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona sağ pəncənin odlu silahdan açılmış çoxsaylı qırma yaraları diaqnozu qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru