Küçə itləri iki uşaq anası olan qadının ölümünə səbəb oldu

6-01-2023, 10:04           
Küçə itləri iki uşaq anası olan qadının ölümünə səbəb oldu
Masazır qəsəbəsində 41 yaşlı qadının küçə itlərinin hücumuna məruz qalması ölümünə səbəb olub.

"Ölkə.Az" xəbər verir ki, hadisə 4 ay əvvəl Qurtuluş 93 yaşayış massivində baş verib. 41 yaşlı İnci İsgəndərova həmin ərazidə sürü halında küçə itlərinin hücumuna məruz qalıb. İki uşaq anası olan qadın aldığı xəsarətlərdən bir müddət evdə müalicə olunsa da, sonradan vəziyyəti ağırlaşıb.

Dekabrın 28-də ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadın srağagün dünyasını dəyişib.

Qadının ölüm səbəbi araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru