Dietoloq Yelena Solomatina bildirib ki, gavalı mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırır və orqanizmdə qocalma prosesini ləngidir. Foodinfo.az xəbər verir ki, "Moskva 24" saytı ilə söhbətində o, bildirib ki, gavalıda olan kalium və maqnezium da ürək-damar sistemini gücləndirməyə kömək edir. Bundan əlavə, tünd gavalıda orqanizmin qocalmasını ləngidən antioksidanlar var.