Bərdədə DƏHŞƏTLİ OLAY: itkin düşən 15 yaşlı qızın torpağa basdırılmış meyiti tapıldı

3-09-2024, 18:05           
Bərdədə DƏHŞƏTLİ OLAY:  itkin düşən 15 yaşlı qızın torpağa basdırılmış meyiti tapıldı
Bərdədə yeniyetmə qızın meyiti tapılıb.

TEREF APA-ya istinadən bildirir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Kənd sakini, 2009-cu il təvəllüdlü qızın meyiti kənd ərazisində torpağa basdırılmış halda aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Meyiti tapılan yeniyetmənin iki gün əvvəl itkin düşdüyü deyilir.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru