Yelena Sidorenkonun bağ evindən oğurluq edən 2 nəfər saxlanıldı

4-09-2024, 12:06           
Yelena Sidorenkonun bağ evindən oğurluq edən 2 nəfər saxlanıldı
Avqustun 25-də Sabunçu rayonu ərazisdindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

DİN-dən verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla evdən ümumilikdə 1650 manat dəyərində məişət əşyalarının oğurlanması məlum olub.

Keçirilən əməliyyat tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuşlar – 43 yaşlı Xəqani Əliyev və 38 yaşlı İlham Paşayev saxlanılıblar.

Xəqani Əliyevin eyni əmələ görə axtarışda olması, həmçinin oğurluğun taksi sürücüsü olan İlham Paşayev tərəfindən planlaşdırılması və həmin əşyaların daşınmasını təmin etməsi müəyyən edilib.

Araşdırma aparılır.

Qeyd edək ki, oğurluq olan bağ evi tanınmış aparıcı Yelena Sidorenkoya məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru