Sumqayıtda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

6-09-2024, 10:14           
Sumqayıtda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə İqtisadiyyat.az-a "Azəriqaz" İB-dən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhərində pilot layihə çərçivəsində həyata keçiriləcək təmir-quraşdırma işləri ilə əlaqədar, sentyabrın 6-sı saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri aparılan müddətdə Sumqayıt şəhərinin 17-ci və 18-ci mikrorayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru