Ermənistanda polislə silahlı insident: Ölən və yaralanan var

8-09-2024, 10:58           
Ermənistanda polislə silahlı insident: Ölən və yaralanan var
Ermənistanın Armavir vilayətinin Nalbandyan kəndində silahlı insidentdə bir polis əməkdaşı ölüb, digəri yaralanıb.

TEREF xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarına kənd sakinlərindən birinin silah gizlətməsi barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanının əməkdaşları şübhəlinin yanına gəliblər və o, avtomat silahdan onlara atəş açıb.

Məlumata görə, iki polis əməkdaşı xəstəxanaya çatdırılıb, onlardan biri keçinib. Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru