"WhatsApp"da qrup zənglərini təşkil etmək üçün YENİ FUNKSİYA

8-09-2024, 16:34           
"WhatsApp"da qrup zənglərini təşkil etmək üçün YENİ FUNKSİYA
"WhatsApp" tərtibatçıları konfrans zənglərinin təşkili üçün rahat funksiya əlavə etməyi planlaşdırırlar.

Bu barədə "WABetaInfo" portalına istinadən xəbər verir.

Yenilik artıq "Android" üçün "WhatsApp"ın 2.24.19.14 nömrəli beta versiyasında görünüb. Bu versiyanı test edənlər qrup söhbətlərində paylaşılabilən zənglərə qoşulmaq üçün keçidlər yaratmaq imkanı əldə ediblər. Bu, istifadəçilərə sadəcə keçidə klikləməklə onlar üçün uyğun vaxtda zənglərə qoşulmağa imkan verir.

Hazırda funksiya yalnız "Android" cihazlarında və yalnız mesajlaşma proqramının beta versiyasında mövcuddur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru