Cari ildə ABŞ-də polis 836 nəfəri öldürüb

8-09-2024, 17:09           
Cari ildə ABŞ-də polis 836 nəfəri öldürüb
Son 10 ildə polisin törətdiyi ən çox qətl hadisəsi 2023-cü ildə qeydə alınıb

2024-cü ilin ilk günündən ABŞ-də polis tərəfindən 836 nəfər öldürülüb. AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə polis zorakılığına dair baza (mappingpoliceviolence.us) məlumat yayıb.

Belə ki, bu ilin ilk 8 ayında yalnız 12 gün ərzində polis qətli hadisəsi qeydə alınmayıb. 2023-cü ildə polis tərəfindən öldürülən insanların sayı 1 247 olub və onlardan 27 faizi qaradərili idi. Son 10 ildə polisin törətdiyi ən çox qətl hadisəsi 2023-cü ildə qeydə alınıb və 2024-cü ilin ilk 8 ayındakı göstəricilər artım tendensiyasını göstərir.

2013-2023-cü illər arasında polis tərəfindən törədilən qətllərin 98,1 faizi üçün polis əməkdaşları cinayət məsuliyyətinə cəlb olunmayıb. 2023-cü ildə ən çox polis qətli Nyu-Meksiko ştatında baş verib. Ümumilikdə, 2013-cü ildən bu günə qədər polis 13 minə yaxın insanı öldürüb.
ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru