“Audi Brüssel” fabriki yenidən fəaliyyətə başlayacaq

14-09-2024, 10:54           
“Audi Brüssel” fabriki yenidən fəaliyyətə başlayacaq
“Audi Brüssel” fabrikinin rəhbərliyi həmkarlar ittifaqı nümayəndələri ilə aparılan danışıqlar nəticəsində razılıq əldə olunduğunu və obyektin gələn həftə yenidən fəaliyyətə başlayacağını açıqlayıb.

İndex.az xəbər verir ki, açıqlamada fabrikin kuzov və rəngləmə şöbələrində sentyabrın 17-də istehsala başlanılacağı, tamamlanan avtomobillərin distribütorlara göndəriləcəyi, sentyabrın 18-dən isə bütün şöbələrin istifadəyə veriləcəyi qeyd edilib.

Həmkarlar ittifaqları tərəfindən verilən açıqlamada bildirilib ki, müqavilə çərçivəsində işçilər işə qayıtmadıqları 9-13 sentyabr həftəsi üçün əmək haqlarını fasiləsiz alacaqlar.

Alman avtomobil istehsalçısı “Volkswagen Group”a məxsus “Audi” markası, iyul ayında, tələbin azalması səbəbindən lüks seqmentli elektrikli avtomobil modeli Q8-in istehsal edildiyi və təxminən 3 min insanın işlədiyi Brüsseldəki fabrikini yenidən quracağını açıqladı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.