Qanuni oğrunun asılmış meyiti tapıldı

10-10-2024, 15:08           
Qanuni oğrunun asılmış meyiti tapıldı
Qazaxıstanın 66 yaşlı avtoritet qanuni oğru Aytkali Maymuşevin (Lexa Seminalatinski kimi tanınır) meyiti Kareliyadakı 1 saylı islah koloniyasında kamerdə asılmış vəziyyətdə tapılıb.

Rusiya mediası xəbər verir ki, qanuni oğru 2023-cü ilin dekabrından cəzasını orada çəkir. Həmin şəxs Moskvanın barlarından birində saxlanılıb, daha sonra narkotik saxlamaq və cinayət iyerarxiyasındakı yüksək statusuna görə 9 il müddətinə həbs edilib O, ciddi rejimli koloniyada cəzasını çəkirdi.

“112” Telegram kanalının mənbələrə istinadən verdiyi məlumata görə, məhbus kamerada tək olub. Bundan əvvəl məhkum müntəzəm olaraq səhhətinin pisliyindən şikayət edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.