Peruda güclü zəlzələ oldu

6-11-2024, 08:35           
Peruda güclü zəlzələ oldu
Perunun mərkəzində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
TASS xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanların episentri təxminən 41,5 min nəfərin yaşadığı Huankavelika şəhərindən 18 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.