Supermarketdən alınan qeyri-adi yumurta hərracda fantastik qiymətə satıldı

18-12-2024, 17:27           
Supermarketdən alınan qeyri-adi yumurta hərracda fantastik qiymətə satıldı
Supermarketdən alınan yumurta təkcə onu alan qadına deyil, bütöv bir xeyriyyə fonduna inanılmaz uğur gətirib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail" xəbər yayıb.

Bildirilib ki, Lamborn şəhərinin sakini Ed Paunell yaranma ehtimalı milyarddabir olan unikal dəyirmi toyuq yumurtasını əldə edib və onu gənclərin psixi sağlamlığını dəstəkləyən "Iuventas Fonduna" ianə edib.

Fond əməkdaşları əvvəlcə bu hədiyyəni zarafat kimi qəbul ediblər, bununla belə dəyirmi yumurtanı xeyriyyə hərracına çıxarmağa qərar veriblər. Ancaq hamının heyrətinə səbəb olan hadisə baş verib: lot üçün tam 200 funt sterlinq (430 manat) əldə edilib.

Qeyd edək ki, yumurtanın yalnız bir lot olduğu hərrac fond üçün ümumilikdə 5000 funt sterlinq toplayıb.

"Toplanmış vəsait psixi sağlamlıq problemləri ilə üzləşən və dəstəyə ehtiyacı olan 13-25 yaşlı gənclərə kömək edəcək", - deyə fond əməkdaşı Rozz Repp bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru