Ukrayna NKVD və KQB arxivlərini açmağa qərar verdi
9-04-2015, 19:09
Ukrayna Ali Radası “1917-1991-ci illər ərzində kommunist-totalitar rejimin repressiv orqanlarının arxivlərinin açılması haqqında” qanun qəbul edib
APA-nın “censor.net” saytına istinadən yaydığı məlumata görə, qanunun lehinə 261 deputat səs verib.
Bu qərarla "NKVD" (Narodnıy Komissariat Vnutrennix Del) və "KQB"-nin (Komitet Qosudarstvennoy Bezopasnosti) Ukraynadakı arxivləri Milli Yaddaş İnstitutuna veriləcək və bu sənədlərin üzərindəki məxfilik qrifi qaldırılacaq.