ŞOK! Avropa jurnalı Mərkəzi Bankın gizli planını açdı: 1 dollar=2 manat

9-04-2015, 21:55           
ŞOK! Avropa jurnalı Mərkəzi Bankın gizli planını açdı: 1 dollar=2 manat
"Economics news": «Devalivasiyadan sonra 1 dollar 1,12 manat müəyyən edilməliydi, ardından isə 1 dollar 2 manat olmalıydı"

Azərbaycan manatının yenidən devalivasiyaya uğrayacağı barədə gəzən söhbətlərə Avropanın nüfuzlu dərgiləri də qoşulmağa başlayıblar.

Avropa ölkələrində nəşr olunan "Economics news" jurnalı ötən gün manatın düşdüyü durumdan və bundan sonra daha nələrin baş verə biləcəyindən yazıb.

Həmin məqalədə vurğulanır ki, manatın hazırda dəyərliliyi 1 dollar qarşılığında 2 manatdır. «Əslində, Azərbaycanın Mərkəzi Bankı devalivasiyadan sonra 1 dolları 1,12 manat dəyərində müəyyən etməliydi. Ardından isə 1 dollar 2 manat olmalıydı. Amma nədənsə bu plan üzrə hərəkət edilmədi və hələ də nəyin baş verdiyini bilmək xeyli çətindir».

Dərgi manatla bağlı proqnozlarını da açıqlayıb və heç də xoşagəlməyən bir mənzərəni təsvir edib: "Əksər Qərb iqtisadçıları Azərbaycanda Yuqoslaviya sennarisinin baş verə biləcəyindən ehtiyat edir. Həmin vaxt Yuqoslaviyanın yerli pulu sürətli şəkildə, daha doğrusu, hər 12 saatdan bir dəyərdən düşürdü. Dükanlarda məhsulların qiymətləri isə hər 6 saatdan bir dəyişərək, bahalaşırdı".

Qeyd edək ki, sözügedən jurnalın yazdıqlarının nə dərəcədə həqiqət olduğunu söyləmək xeyli çətindir. Amma son günlər milli valyutanın daha da dəyərdən düşərək, dollara nisbətdə 1,63 manat olacağına dair fikirlər cəmiyyətə hakim kəsilib. Azərbaycan Mərkəzi Bankı isə hər hansı devalivasiyadan söhbət getmədiyini deyərək, israrla bildirir.
JAM.AZ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.