Ukraynada kişi qumbara ilə beş polis əməkdaşını yaraladı

14-07-2025, 12:07           
Ukraynada kişi qumbara ilə beş polis əməkdaşını yaraladı
Ukraynanın Kiyev vilayətində cinayətkarı zərərsizləşdirməyə çalışarkən qumbaranın partlaması nəticəsində beş polis əməkdaşı yaralanıb.

Oxu.Az bildirir ki, bu barədə Ukrayna Milli Polisinin "Telegram" kanalında məlumat verilib.

Məlumata görə, Mıxaylovka-Rubejovka kəndində 41 yaşlı kişinin ailəsini qumbara və odlu silahla hədələməsi ilə bağlı zəngə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə etməyə çalışıblar. Kişi polisləri görərək, onlara tərəf qumbara atıb.

Cinayətkarın cavab atəşi ilə məhv edildiyi bildirlir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru