"Bitcoin"in məzənnəsində yeni rekord

14-07-2025, 10:40           
"Bitcoin"in məzənnəsində yeni rekord
"Bitcoin" 119 min dollar həddini keçərək yeni tarixi rekorda imza atıb.

Bu barədə "Binance"in məlumatlarında bildirilir.

İyulun 13-də kriptovalyutanın dəyəri 119.216 dollara çatıb. Sonra məzənnə yenidən dəyişərək 118.000 dollar mövqeyində qərarlaşıb.

Son bir ayda "Bitcoin"in məzənnəsi 12,9% artıb.

Mütəxəssislər "Bitcoin"in artımını ABŞ Prezidenti Donald Trampın kriptovalyuta bazarının inkişafı ilə bağlı təşəbbüsləri, eləcə də digər ölkələrdən ona marağın artması ilə əlaqələndirirlər. Eyni zamanda, digər kriptovalyutaların əksəriyyəti ilin əvvəlindən eyni dövrdə 30-50% dəyər itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru