Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

28-02-2017, 15:06           
Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, fevralın 28-də Ermənistan-Azərbaycan sərhədində zəlzələ baş verib.

Virtualaz.org-un tert.am-a istinadən məlumatına görə, Qafan merinin mətbuat katibi Armin Avakyan deyib ki, şəhərdə bu gün saat 10:17-də qeydə alınan zəlzələ nəticəsində bütün infrastrukturlardan uşaqlar təxliyə olunub, dağıntılar qeydə alınmayıb.

"Əvvəlcə təkanlar güclü idi və səs-küylü idi. İnsanlar ilk anlarda elə bildilər ki, nəsə partlayış baş verib. Sonra afterşok izləndi və aydın oldu ki, zəlzələ baş verib", - deyə Armin Avakyan bildirib.

Mətbuat katibi bildirib ki, təkandan sonra telefon bağlantılarında, həmçinin internetə girişdə problem yaranıb: "Buna görə təlaş başlandı, ancaq meriyanın əməkdaşları şəhəri gəzdilər və xəbərdarlıq etdilər ki, dağıntılar və itkilər qeydə alınmayıb".

---------

11:44

Ermənistan ərazisində zəlzələ olub.

Milli.Az xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 10:28-də Ordubaddan 37 km şimal-şərqdə, Ermənistan ərazisində qeydə alınıb.

3.5 maqnituda, 11 km dərinlikdə baş verən yeraltı təkan Ordubad ərazisində 3 bala qədər hiss olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru