Bu bankda ixtisarlar başladı: - bir departament ləğv olundu

1-03-2017, 14:04           
Bu bankda ixtisarlar başladı: - bir departament ləğv olundu
Azərbaycan Beynəlxalq Bankında mövcud iqtisadi çətinliklər əsas gətirilərək əməkdaşların kütləvi ixtisarına başlanılıb.

Bu barədə Missiya.az-a Bankın şimal bölgəsindəki şöbələrindən birinin əməkdaşı məlumat verib.

Məlumata görə, proses bir neçə gündür ki, başlayıb və getdikcə daha da sürətli hal alır.

“Filial və şöbələrin əməkdaşları baş ofisə çağrılır və orada onlara bankın üzləşdiyi çətinliklər izah olunur və açıq şəkildə bildirilir ki, əmək müqavilələrinə xitam vermək məcburiyyəti yaranıb. Bu isə, bildiyiniz kimi, ölkə qanunvericiliyinə ziddir. Ştat ləğv olunmayıb, strukturda hər hansı dəyişiklik baş verməyib, müqavilə şərtləri pozulmayıb və deməli müqavilələrə xitam verilməsi tamamilə qanunsuzdur. Ümumi sözlərlə “vəziyyət pisdir” kimi izahlar vermək və əməkdaşlardan bunu normal qəbul edərək işdən çıxarılmaları barədə könüllü şəkildə ərizə yazmalarını tələb etmək tamamilə qanuna zidd davranışdır”– deyən mənbə, bankın hər filial və şöbəsindən 2-3 nəfərin “ixtisara” salınacağını və onların artıq baş ofisə dəvət olunduqlarını da bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru