Mühafizəçi özünü yolun ortasında öldürdü - Bakıda

1-03-2017, 19:42           

Bakıda intihar hadisəsi baş verib. teref.az lent.az-a istinadən xəbər verir ki, Bilgəh qəsəbəsində yerləşən bağ evlərindən birində mühafizəçi işləyən 1974-cü il təvəllüdlü Dadaşov Natiq Arif oğlu özünü asaraq intihar edib. O, gecə saatlarında spirtli içkinin təsiri altında küçənin ortasındakı dirəkdən özünü asıb. Küçədən keçən şəxslər asılı vəziyyətdə qalmış meyiti görən kimi polisə məlumat veriblər. Bildirilir ki, N.Dadaşovun maddi problemləri olub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru