Bakıda qəzaya düşən 400 minlik avtomobil kimindir? – ADLAR AÇIQLANDI

2-03-2017, 21:16           

Dünən axşam saatlarında Bakının Xətai rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub.

Sabit Orucov küçəsi 15 ünvanının qarşısında 1966-cı il təvəllüdlü Quliyev Ceyhun Mirzəağa oğlunun sürdüyü “Bentley” ilə, 1991-ci il təvəllüdlü Əliyev Fərid Eyvaz oğlunun sürdüyü “KİA”nın toqquşması nəticəsində hər iki sürücü xəsarət alıb. Bundan başqa “KİA”nın sərnişini olan Aytən Quliyeva və Hülya İsgəndərzadə də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.Lent.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru