İlham Zəkiyevə yüksək vəzifə verildi

3-03-2017, 16:22           

Bu gün Milli Paralimpiya Komitəsinin (MPK) V hesabat-seçki yığıncağı keçirilib.

BakiPost.az xəbər verir ki, V hesabat seçki yığıncağında komitəyə növbəti dörd il müddətinə İlqar Rəhimov prezident, Natiq Qasımov birinci vitse-prezident, Paralimpiya çempionu İlham Zəkiyev isə vitse-prezident seçiliblər.

Tədbirdə, həmçinin komitənin 2013-2016-cı illər üzrə fəaliyyəti barədə geniş hesabat verilib. Sonra ARMPK-nın 2020-ci ildə Yaponiyada təşkil olunacaq XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar "2017-2020-ci illər üçün Strateji Fəaliyyət Planı" müzakirə olunub.

Tədbirdə komitəyə baş katib, ARMPK-nın İcraiyyə Komitəsinin və Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru