Bankdan kredit istəyən erməni krana dırmaşıb -İrəvanda kuryoz olay
3-03-2017, 19:17
İrəvanda 57 yaşlı kişi qaldırıcı krana dırmaşıb və özünü oradan atacağı ilə təhdid edib. Hadisə paytaxtın Xancanyan küçəsində baş verib. Abovyan soyadlı kişi bankdan ona kredit verilməsi tələbilə intihara cəhd göstərib. Onun sözlərinə görə, krediti borcunu ödəmək üçün istəyir.
Psixoloqlar yarım gündür kranın başında dayanan ermənini fikrindən daşındırmağa çalışır. Ancaq o, heç kimi yaxına buraxmır.(Musavat.com)