Martın 7-də Xırdalanda dəhşətli yanğın hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xırdalan şəhərində yaşayan Tahir Məmmədovun evində baş verən yanğın faciəvi sonluqla nəticələnib.
Saat 16 radələrində baş verən yanğın nəticəsində ev sahibinin 2 yaşlı oğlu Tunar tüstüdən boğularaq ölüb.