Paytaxt sakini ehtiyatsızlığın qurbanı olub. Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, fevralın 28-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Fərman Xəlilov həyətindəki üzüm tənəklərini kəsərkən ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilən F.Xəlilov martın 7-də orada ölüb. Araşdırma aparılır.