Cəlilabadda ayağı amputasiya edilmiş kişi özünü güllələdi

9-03-2017, 13:40           
Cəlilabadda ayağı amputasiya edilmiş kişi özünü güllələdi
Ötən axşam Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Alar kənd sakini, 59 yaşlı Quliyev Təvəkgül Azər oğlu yaşadığı evdə özünü qanunsuz saxladığı qədim tapança ilə vuraraq intihar edib.

Kənd sakinlərinin bildirdiyinə görə, T.Quliyevin bir qıçı əvvəllər xəstəliklə əlaqədar amputasiya olunubmuş, yaxın günlərdə isə digər qıçının da kəsiləcəyi gözlənilirmiş.Hələlik ilkin versiya kimi intiharın bu səbədən baş verdiyi ehtimal olunur.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru