Təyyarədə DAVA- bütün reyslər təxirə salındı

10-03-2017, 19:40           
Təyyarədə DAVA- bütün reyslər təxirə salındı
Tunisin "Tunisair" milli aviaşirkəti əməkdaşları arasında baş vermiş davadan sonra bütün reysləri təxirə salmaq barədə qərar verib.
"Trend" xəbər verir ki, təyyarədə kapitan və ikinci pilotla texniki heyət arasında baş vermiş mübahisə sonunda böyük bir davaya çevrilib.
Hadisə ilə bağlı təyyarəyə polis çağrılıb. Hətta iş o qədər böyüyüb ki, Tunisin nəqliyyat nazirinin iştirakı ilə məsələnin araşdırılması üçün xüsusi operativ qərargah yaradılıb.
İlkin ehtimal olaraq mübahisənin texniki heyət üçün yeni tətbiq edilmiş uniforma ilə bağlı olduğu bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.