Nurəddin Mehdixanlının ailəsində ağır itki - foto

11-03-2017, 21:11           

Akademik Milli Dram Teatrının tanınmış aktyoru, xalq artisti Nurəddin Mehdixanlının qardaşı, polkovnik Ələddin Quliyev 59 yaşında vəfat edib.

Axşam.az-ın olke.az-a istinadən məlumatına görə, bu barədə teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib:

"Ələddin Quliyev Moskva Hərbi Aviasiya Akademiyasını bitirib. Sovet ordusunun tərkibində Kubada, Efiopiyada, Özbəkistanda və Əfqanıstanda zabit kimi xidmət keçib. Əfqanıstan müharibəsində iştirak edib. Qarabağ müharibəsində kəşfiyyat komandiri olub. Polkovnikə Allahdan rəhmət diləyir, Nurəddin müəllimə, onun yaxınlarına və doğmalarına səbr arzulayıram. Yeri behişt olsun!".
Nurəddin Mehdixanlının ailəsində ağır itki - foto












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru