Bakıda su kəməri partladı: evləri və şosse yolunu su basır

11-03-2017, 21:23           

Xırdalan-Binəqədi şossesində yüksəktəzyiqli su kəmərində qəza baş verib.

Musavat.com xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb.

Su kəmərinin partlaması nəticəsində ətrafdakı fərdi yaşayış evlərini və Xırdalan-Binəqədi şossesini su basmağa başlayıb. Su fəvvarəsi uzaq məsafədən də aydın görünür.

Qeyd edək ki, kəmər evlərin yaxınlığından keçir və ətrafdakı yaşayış evləri üçün təhlükəli vəziyyət yaranıb. Bu ana qədər xəttə su verilişi dayandırılmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru